Daha Hörmüz boğazında mina yoxdur!

Daha Hörmüz boğazında mina yoxdur!
25.08.2026 19:20 Dünya

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının beynəlxalq sularında bütün minaların zərərsizləşdirildiyini və ya partladılaraq məhv edildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Trampın bildirdiyinə görə, bu barədə ona ABŞ Hərbi Dəniz Qüvvələri məlumat verib.

O, İranın yeni minalar yerləşdirməməsi ilə bağlı xəbərdar edildiyini vurğulayıb. Trampın sözlərinə görə, yeni mina yerləşdirən istənilən gəmi və ya qayıq dərhal və sistemli şəkildə məhv ediləcək.

ABŞ Prezidenti həmçinin bildirib ki, Kosmik Qüvvələr Hörmüz boğazının hər kvadrat santimetrini izləyir.

Tramp mina yerləşdirilməsinə qarşı “sıfır tolerantlıq” siyasətinin qüvvədə olduğunu qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər