Daha 6 bələdiyyə sədri də CHP-dən istefa verdi

Daha 6 bələdiyyə sədri də CHP-dən istefa verdi
23.09.2026 16:43 Dünya

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın CHP-dən istefa verməsinin ardından Ankaranın 6 rayonunun bələdiyyə sədri də partiyadan ayrılıb.

TodayPress TV  xəbər verir ki, Beypazarı Bələdiyyəsinin sədri Özer Kasap, Kalecik Bələdiyyəsinin sədri Satılmış Karakoç, Güdül Bələdiyyəsinin sədri Mehmet Doğanay, Polatlı Bələdiyyəsinin sədri Mürsel Yıldızkaya, Ayaş Bələdiyyəsinin sədri İzzet Demircioğlu və Şereflikoçhisar Bələdiyyəsinin sədri Mustafa Koçak CHP üzvlüyündən istefa verdiklərini açıqlayıblar.

Bələdiyyə sədrlərinin vəzifələrini müstəqil şəkildə davam etdirəcəkləri bildirilib.

Qeyd edək ki, Mansur Yavaş sentyabrın 23-də CHP-dən istefa verdiyini və siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini açıqlayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər