Almaniyada əsrin məhkəməsi... 300 min əsirin qatili 105 yaşında tapıldı

Almaniyada əsrin məhkəməsi... 300 min əsirin qatili 105 yaşında tapıldı
23.09.2026 17:25 Maraqlı

Almaniyanın Dortmund şəhərinin prokurorluğu İkinci Dünya müharibəsi illərində Vestfaliyadakı Stalag 326 VI K Senne hərbi əsir düşərgəsində mühafizəçi kimi xidmət etmiş 105 yaşlı kişi barəsində araşdırma aparır.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Almaniya mediasının məlumatına görə, 105 yaşlı kişi düşərgədə xidmət etdiyi dövrdə çoxsaylı qətllərə yardım etməkdə şübhəli bilinir. Araşdırma Lüdviqsburqda yerləşən Milli Sosializm Cinayətlərinin Araşdırılması üzrə Mərkəzi İdarənin materiallarından sonra başlanıb.

İlkin mərhələdə iki keçmiş düşərgə mühafizəçisi araşdırılıb. Lakin şübhəlilərdən biri artıq vəfat edib.

Stalag 326 VI K Senne düşərgəsindən 300 mindən çox hərbi əsir keçib. Onların əksəriyyətini SSRİ-dən olan hərbi əsirlər təşkil edib. Düşərgədə həmçinin Fransa, Polşa, Serbiya, İtaliya və Belçikadan olan hərbçilər saxlanılıb.

Məhbuslar aclıq, xəstəlik, ağır sanitariya şəraiti və amansız rəftarla üzləşib, həmçinin məcburi əməyə cəlb olunublar.

Şübhəli şəxs Almaniya tarixində cinayət işi üzrə ən yaşlı fiqurantlardan birinə çevrilə bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər