Bakıda 31 kiloqram narkotik aşkarlandı

Bakıda 31 kiloqram narkotik aşkarlandı
23.09.2026 16:33 Hadisə

Bakının Nərimanov rayonunda 31 kiloqram narkotik aşkarlanıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlər zamanı narkokuryerlik etməkdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər