Dağıstanda yol qəzasında 18 uşaq yaralandı

Dağıstanda yol qəzasında 18 uşaq yaralandı
19.07.2025 23:20 Dünya

Dağıstanın Qunibski rayonunda yol qəzası nəticəsində 18-i uşaq olmaqla 21 nəfər xəsarət alıb.

TodayPress TV-nin xəbərinə görə, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, biri uşaq olmaqla 3 nəfər ağır yaralanıb. Xəsarət alanların hamısına tibbi yardım göstərilir, onlar Günib Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralıların tibbi helikopterlə Mahaçqaladakı xəstəxanalara çatdırılması təşkil edilir. Onların müalicəsi Dağıstanın səhiyyə naziri Yaroslav Qlazovun nəzarətindədir. Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər