Da Nangda kanalizasiya işçiləri faciəvi şəkildə həlak oldu
İki fəhlə Vyetnamın mərkəzində yerləşən Da Nang şəhərində kanalizasiya işləri zamanı həyatını itirib.
TodayPress TV xəbər verir ki, “Vietnam News Agency”nin məlumatına görə, hadisə Ngu Hanh Son inzibati dairəsində baş verib.
Fəhlələr kanalizasiyanı təmizləyərkən orada qapalı qalıb və onların cəsədləri təxminən səkkiz metr dərinlikdə aşkarlanıb.
İlkin araşdırmalara əsasən, ölümün səbəbinin boğulma olduğu ehtimal edilir.
Qiymət Mahir