Çinin yeni hərbi dronu sınaq zamanı tam dəqiqlik nümayiş etdirdi

Dünya

26.01.2026 10:15

Çində sınaqdan keçirilən yeni hərbi pilotsuz uçuş aparatı atış zamanı insan ölçüsündə hədəflərə 100% dəqiqliklə tuş gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb. 

Məlumata görə, eksperimental dron təxminən 10 metr hündürlükdən və 100 metr məsafədən 20 atəş açıb və bütün güllələr hədəfə dəyib. 

Bildirilib ki, dron “Wuhan Guide Infrared” şirkəti ilə Çin Quru Qoşunlarının Xüsusi Əməliyyatlar Akademiyasının birgə hazırladığı layihədir. Digər analoji modellərdən fərqli olaraq, bu pilotsuz aparat modifikasiya olunmuş silah deyil, standart piyada tüfəngi ilə təchiz edilib.

Ekspertlərin fikrincə, yüksək dəqiqlik aparatın stabilləşdirilməsi, nişanalma alqoritmləri və inteqrasiya olunmuş atəşə nəzarət sistemlərində aparılan ciddi texnoloji təkmilləşdirmələrlə bağlıdır. 

Aysel Mətləb

TodayPress TV

tag: Çin,Dron,Sınaq,Dəqiqlik,Todaypress.tv,