Çinin qorxduğu ssenari gerçəkləşir: Yaponiyanın F-2-ləri Hindistanda!
Yaponiya, Hava Özünümüdafiə Qüvvələrinə məxsus F-2 qırıcılarını ilk dəfə Hindistanda yerləşdirməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Asahi" qəzeti ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, F-2 qırıcıları iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə keçiriləcək birgə hərbi təlimdə iştirak etmək üçün göndəriləcək.
Qeyd olunub ki, sözügedən yerləşdirmə Asiya regionunda "Çinə qarşı balans elementi" kimi qiymətləndirilir.
Aysel Mətləb