Çində iki gəmi toqquşdu: 8 nəfər itkin düşdü
Çinin Şandun əyalətinin sahillərində balıqçı gəmisi ilə ticarət gəmisi toqquşub. Hadisə nəticəsində 8 nəfər itkin düşüb, yalnız bir nəfər xilas edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Məlumata görə, insident Veyhay şəhəri yaxınlığında, sahildən təxminən 6,4 kilometr məsafədə baş verib. Toqquşma gecə saatlarında, yerli vaxtla 05:00 radələrində qeydə alınıb.
Hadisə zamanı balıqçı gəmisində olan 9 nəfərdən biri xilasedicilər tərəfindən tapılıb. Digər 8 nəfərin axtarışları isə hazırda davam etdirilir. Əraziyə xilasedici gəmilər və helikopterlər, həmçinin yaxınlıqdakı ticarət və balıqçı gəmiləri cəlb olunub.
Türkan İsgəndərli