Çində böyük "Labubu" sərgisi keçirildi

Dünya

27.12.2025 18:30

Dünyanın ən məşhur oyuncaqlarından biri olan "Labubu" elfinin 10 illiyi münasibətilə “Asia Society Center” kütləvi sərgi təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sərgidə "Labubu"nun çinli yaradıcısı, yazıçı-rəssam Kasinq Lunqun digər personajlarının oyuncaqları və əsərləri də nümayiş olunub.

Qeyd edək ki, 2024-cü ilin yekunlarına əsasən, Labubu Şərqi və Cənub-Şərqi Asiyada (Çin, Tailand, Sinqapur, Cənubi Koreya və Yaponiya) ən populyar oyuncaq olub.

Kasinq Lunq peşəkar yaradıcılığına 2015-ci ildə Skandinav əsatirlərindən ilhamlanaraq yazdığı “The Monsters” (“Bədheybətlər”) hekayələr silsiləsi ilə başlayıb. 2019-cu ildə o, Çin oyuncaqlar istehsalçısı "Pop Mart" şirkəti ilə müqavilə bağlayaraq qəhrəmanları mövzusunda kuklalar istehsal etməyə başlayıb. "Labubu" personajı tədricən böyük populyarlıq qazanıb və hazırda kukla 300-dən çox müxtəlif rəng, forma və ölçüdə istehsal olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Labubu,Sərgi,Çin,Oyuncaq,Todaypress.tv,