Çin XİN başçısı Rusiyaya səfər edəcək
Çinin xarici işlər naziri Van Yi Rusiya və Çin arasında strateji təhlükəsizlik məsləhətləşmələrinin 20-ci raundunda iştirak etmək üçün Rusiyaya səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun dəvəti ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Mərkəzi Şuranın Xarici Əlaqələr üzrə ofisinin direktoru Van Yi dekabrın 1-2-də Rusiyaya səfər edəcək”, - deyə bildirilib.
Aysel Mətləb