Çin xarici ticarət haqqında qanunu yenilədi

Çin xarici ticarət haqqında qanunu  yenilədi
27.12.2025 17:24 Dünya

Çində xarici ticarət haqqında qanunun yenilənmiş versiyası qəbul edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Gələn ilin mart ayında qüvvəyə minəcək sənəd milli suverenliyin və inkişaf maraqlarının qorunması mexanizmlərini gücləndirir, həmçinin ticarət sahəsində cavab tədbirlərinin görülməsi üçün hüquqi imkanları genişləndirir. Qanun eyni zamanda intellektual mülkiyyətin daha effektiv qorunmasını və Çin qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, xarici ticarət haqqında qanun Çində 1994-cü ildən qüvvədədir. Ölkənin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına qoşulmasından sonra ilk əsaslı dəyişikliklər 2004-cü ildə edilib. Yenilənmiş qanun 11 fəsildən ibarətdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər