Çin və Pakistan İran–ABŞ danışıqlarında rolunu gücləndirir
Dünya
23.05.2026 23:30
İran və ABŞ arasında aparılan danışıqlarda Pakistanın diplomatik fəaliyyətini artırması üçün Çinin İslamabada çağırış etdiyi, Pakistan ordusunun rəhbərinin Tehrana tələsik səfər etdiyi bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" məlummat yayıb.
Məlumata görə, Pakistanın Baş naziri Şahbaz Şərif hazırda Çindədir və Pekin prosesin gedişatını yaxından izləyir. Pakistanın həmçinin Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə kimi müttəfiq ölkələrin dəstəyini aldığı vurğulanır.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp da həmin ölkələrlə danışıqlar aparacaq. Mənbələrin fikrincə, İran və ABŞ arasında sülh danışıqları başlayandan bəri ilk dəfədir ki, prosesdə müəyyən ümid işığı görünür.
Aysel Mətləb
tag: ABŞ,İran,Pakistan,Çin,TodayPress TV,
