Çin: Ukrayna müharibəsi yalnız siyasi yolla həll oluna bilər

Çin: Ukrayna müharibəsi yalnız siyasi yolla həll oluna bilər
19.08.2025 16:10 Dünya

"Çin Ukrayna böhranının siyasi və sülh yolu ilə həllini dəstəkləyir". 

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

O bildirib ki, Çin həmişə dialoq və danışıqların tərəfində olub. Bu səbəbdən ölkə sülhün əldə olunmasına yönəlmiş bütün səyləri dəstəkləyir.

Pekinin bu mövqeyi, Qərb və ABŞ-ın artan diplomatik fəallığı fonunda, Çin tərəfinin neytral və vasitəçi rolunda qalmaq niyyətini bir daha təsdiqləyir.

Xatırladaq ki, aqustun 18-də Ağ Evdə ABŞ, Ukrayna, Fransa, Finlandiya, Böyük Britaniya, Almaniya, İtaliya liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri və NATO-nun baş katibi görüş keçirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər