Çin Ukrayna böhranına həll təklif etdi

Çin Ukrayna böhranına həll təklif etdi
28.08.2025 12:35 Dünya

Çin hakimiyyəti hesab edir ki, Ukrayna böhranının siyasi yolla nizamlanmasına şərait yaratmaq lazımdır.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun məlumat verib.

“Biz bütün maraqlı tərəfləri üç prinsipə əməl etməyə çağırırıq: münaqişənin genişlənməsinə və hərbi eskalasiyaya yol verməməklə yanaşı, gərginliyin artmasına səbəb olan hərəkətlərdən çəkinmək”, - deyə o bildirib.

Rəsmi nümayəndə qeyd edib ki, Çinin Ukrayna ilə bağlı mövqeyi ardıcıl və birmənalı olaraq dəyişməz qalır. Dialoq və danışıqlar böhranın həlli üçün yeganə yoldur.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər