Çin: Pekin Qəzza ilə bağlı fəal əməkdaşlıq edəcək

Dünya

21.02.2026 12:36

Pekin Qəzza zolağı məsələsinin uzunmüddətli həlli üçün beynəlxalq ictimaiyyətlə fəal əməkdaşlıq edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bilidirilib ki, Çin aparıcı güc kimi məsuliyyətli rol oynamaqda davam edəcək və Fələstin məsələsinin hərtərəfli həlli üçün səylər göstərəcək. Bəyanatda qeyd olunub ki, Çin “iki xalq üçün iki dövlət” prinsipini dəstəkləyir və münaqişədən sonrakı nizamlanma BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həyata keçirilməlidir.

Çin XİN həmçinin “Fələstinlilər Fələstini idarə edir” prinsipinə riayət olunmasının vacibliyini vurğulayıb, Qəzza ilə bağlı addımların Fələstin xalqının iradəsinə uyğun atılmalı olduğunu bildirib.

Qeyd edək ki, Sülh Şurası ABŞ-nin təşəbbüsü ilə yaradılıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Çin,BMT,ABŞ,Qəzza,Todaypress.tv,