Çin Oman dənizinə kəşfiyyat gəmisi göndərdi
Dünya
21.02.2026 07:25
Çin İrana mümkün hücum halında, güclü dəniz elektron kəşfiyyat gəmisi “Liaowang-1”i Oman dənizinə göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə “Iranian Journalist's Diary” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, gəminin göndərilməsində məqsəd Amerika hərbi infrastrukturunun dəqiq yeri daxil olmaqla, əldə edilməsi çətin olan məlumatları toplamaq və təhlil etmək olub.
Məlumata görə, tapşırıqlara “F-22” və “F-35” qırıcı təyyarələrinin təhlili və izlənməsi, eləcə də “EA-18 Growler” elektron müharibə təyyarələrinin iş tezliklərinin müəyyən edilməsi daxildir. Əldə edilən məlumatlar raket sistemlərinin effektivliyini artıra bilər.
Qeyd olunur ki, Çin kəşfiyyat texnologiyaları mövcud İran hərbi strukturları ilə inteqrasiya olunur. Belə bir qarşılıqlı əlaqə səviyyəsi tərəflər arasında strateji koordinasiyanın dərinləşməsini göstərir.
Aysel Mətləb
tag: Çin,İran,Oman,Gəmi,ABŞ,Todaypress.tv,
