Çin Kanadanı təhdid etdi
Kanada tərkibində Çin poladı olan məhsullara rüsum tətbiq edərsə, Pekin cavab tədbirləri görəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi bildirib.
Nazirlik vurğulayıb ki, Çin müəssisələrinin hüquq və maraqları qətiyyətlə qorunacaq.
Çin tərəfi ümid edir ki, Kanada çoxtərəfli ticarət prinsiplərini nəzərə alacaq və Çin-Kanada iqtisadi münasibətlərini qoruyacaq. Pekin Ottavanı məhdudlaşdırıcı tədbirlərdən imtina etməyə çağırıb.
Çin həmçinin qeyd edib ki, Kanada polad sənayesinin problemlərinin əsas səbəbi ABŞ-nin birtərəfli tarif siyasətidir.
Türkan İsgəndərli