Çin İrana mümkün silah tədarükü ilə bağlı iddialara cavab verdi
Dünya
13.04.2026 21:30
Çin Xarici İşlər Nazirliyi İrana mümkün silah tədarükü və ikili təyinatlı texnologiyaların ötürülməsi barədə xəbərlərə reaksiya verib.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Brifinq zamanı qurumun nümayəndəsi Quo Ciaqun bildirib ki, Pekin hərbi ixrac sahəsində ehtiyatlı siyasət yürüdür:
"Çin hərbi ixracla bağlı həmişə ehtiyatlı və məsuliyyətli mövqe tutub, öz qanunlarına, ixrac nəzarəti qaydalarına və beynəlxalq öhdəliklərinə uyğun olaraq ciddi nəzarət tətbiq edib".
XİN həmçinin İranı dəstəkləmək barədə ittihamları rədd edərək, onları əsassız adlandırıb.
"Biz əsassız böhtanlara və ya bədniyyətli əlaqələndirmələrə qarşı çıxırıq", - deyə nazirlikdən əlavə edilib.
Aysel Mətləb
tag: Çin,İran,Silah,Tədarük,TodayPress TV,
