Çin Cənubi Çin dənizində hərbi təlimlər keçirəcək
Dünya
09.11.2025 17:18
Çin Cənubi Çin dənizində hərbi təlimlərə başlayır.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat Çin Dəniz Təhlükəsizliyi Administrasiyasının saytında yer alıb.
Bildirilib ki, təlimlər noyabrın 10-da səhər saat 06:00-da (Bakı vaxtı ilə 02:00) başlayacaq və axşam 20:00-da (Bakı vaxtı ilə 16:00) başa çatacaq. Təlimlər müddətində bölgəyə gəmilərin girişi qadağan ediləcək.
Qurumun açıqlamasına görə, manevrlərin məqsədi dəniz təhlükəsizliyini təmin etmək və regional müdafiə hazırlığını gücləndirməkdir.
Xatırladaq ki, Cənubi Çin dənizi uzun illərdir Çin, Tayvan, Malayziya, Filippin, Bruney və Vyetnam arasında ərazi mübahisələrinin mərkəzində qalır. Ən gərgin vəziyyət neft və qazla zəngin olduğu deyilən Skarboro rifi və Spratli adaları ətrafında müşahidə olunur.
Türkan İsgəndərli
tag: Çin,Dəniz,Təlim,Hərbi,Todaypress.tv,
