Çin ABŞ və Rusiya ilə nüvə danışıqlarından imtina etdi
Çin rəsmi Vaşinqtonun Pekini nüvə arsenalının azaldılması üzrə danışıqlara cəlb etmək təklifini rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tszyakun jurnalistlərə bildirib ki, ölkəsinin ABŞ və Rusiya ilə üçtərəfli formatda danışıqlarda iştirakı nə ağlabatan, nə də realdır.
O əlavə edib ki, nüvə tərksilahı üzrə əsas məsuliyyət ən böyük arsenallara malik olan dövlətlərin - ABŞ və Rusiyanın üzərinə düşür.
Aynur TAC