Çin ABŞ-nin İranın işlərinə müdaxiləsinə qarşı çıxır

Çin ABŞ-nin İranın işlərinə müdaxiləsinə qarşı çıxır
13.01.2026 12:25 Dünya

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Çin hakimiyyəti ABŞ-nin İranın daxili işlərinə mümkün müdaxiləsinə qarşıdır.

TodayPress TV xəbər verir ki, bu barədə o, brifinqdə Amerika hakimiyyətinin İslam Respublikasına qarşı hərbi güc tətbiq etmək perspektivlərini şərh edərkən bildirib.

"Biz ABŞ-nin digər dövlətlərin daxili siyasətinə müdaxiləsinə qarşıyıq", - deyə o vurğulayıb.

Rəsmi nümayəndə əlavə edib ki, Pekin Tehranın milli sabitliyin təmin edilməsi səylərini dəstəkləyir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla işgüzar münasibətlər quran bütün ölkələrə 25% tarif tətbiq edəcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər