Çilidə seçkilərdə iştirak etməyənlərə cərimə tətbiq olunacaq

Çilidə seçkilərdə iştirak etməyənlərə cərimə tətbiq olunacaq
15.07.2025 09:43 Dünya

Çilinin aşağı palatası seçkilərdə iştirak etməyən vətəndaşların cərimələnməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Qanuna əsasən, səsvermədə iştirak etməyən çilililər 34,4 minlə 206,7 min peso (təxminən 34–216 ABŞ dolları) arasında cərimələnəcəklər. Sənəddə vurğulanır ki, sağlamlıq vəziyyəti və digər əsaslı səbəblərlə iştirak etməmək cərimə ilə nəticələnməyəcək.

Eyni zamanda qanun layihəsində bildirilir ki, səsvermədə iştirak edən vətəndaşlar müəyyən dövlət xidmətlərinə çıxışda üstünlük hüququ qazanacaqlar.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər