Çilidə güclü zəlzələ: İstehsalat sahələrində torpaq sürüşdü - VİDEO
Çilinin şimalındakı Antofagasta bölgəsində mayın 25-də güclü zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) məlumatı yayıb.
Bildirilir ki, zəlzələnin maqnitudası 6.9 bal təşkil edib. Episentri mədənçilik mərkəzi kimi tanınan Kalama şəhərindən 29 km şərq-şimal-şərqdə yerləşib.
Zəlzələ nəticəsində bəzi istehsalat və mədən sahələrində torpaq sürüşmələri baş verib. Yolların bağlanması, elektrik enerjisi və su təchizatında müvəqqəti fasilələr yaranıb. Lakin xəsarət alanlar və ciddi dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, Çili dünyanın ən böyük mis istehsalçısıdır və bu region ölkənin mədənçilik sənayesinin mərkəzidir. BHP və Antofagasta kimi iri şirkətlər zəlzələdən ciddi zərər görmədiklərini bildiriblər.
Türkan İsgəndərli