Çikaqo meri Trampın planını tənqid etdi

Çikaqo meri Trampın planını tənqid etdi
25.08.2025 19:45 Dünya

Çikaqo meri Brendon Conson ABŞ Prezidenti Donald Trampın Milli Qvardiya qüvvələrini şəhərdə asayişin təmin olunması üçün yerləşdirmək planına sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, "NBC News" telekanalına müsahibəsində Conson hərbçilərin daxili təhlükəsizlik məqsədləri üçün istifadəsini düzgün saymadığını bildirib:

“Qorumağa ehtiyac yoxdur. Bu, bizim ordumuzun işi deyil. Ölkəmizə xidmət edən cəsur qadın və kişilər Amerika şəhərlərini zəbt etmək üçün and içməyiblər”.

Şəhər meri həmçinin vurğulayıb ki, Çikaqoda cinayətkarlıq səviyyəsi azalıb: ötən ilin eyni dövrü ilə müqayisədə atışmalar 36%, avtomobil oğurluqları isə 26% azalıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər