“Çiçəklənən Ermənistan” partiyasının lideri saxlanıldı

“Çiçəklənən Ermənistan” partiyasının lideri saxlanıldı
06.07.2026 20:40 Dünya

Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyasının lideri, tanınmış iş adamı və müxalif siyasətçi Qaqik Tsarukyan İstintaq Komitəsinə aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bundan əvvəl partiyanın mətbuat katibi İveta Tonoyan Tsarukyanın evində axtarış aparıldığını bildirmişdi. 

Axtarışlardan sonra Qaqik Tsarukyan İstintaq Komitəsinə aparılıb. Onun prosessual statusu və barəsində hər hansı ittiham irəli sürülüb-sürülmədiyi barədə hələlik rəsmi məlumat yoxdur.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər