CHP qurultayı istintaqında 9 nəfər HƏBS OLUNDU
Dünya
23.05.2026 22:50
Türkiyədə CHP-nin 38-ci növbəti qurultayı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 13 şübhəlidən 9-u barəsində həbs qərarı çıxarılıb.
TodayPress TV xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, istintaq CHP qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları əsasında başladılıb. İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin araşdırmaları nəticəsində şübhəlilərin “Siyasi Partiyalar Qanunu”nu pozmaq, rüşvət almaq və cinayət yolu ilə əldə olunan əmlakı leqallaşdırmaqda iştirak etdikləri ehtimal olunur.
Əməliyyat zamanı İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyadakı ünvanlarda axtarış və müsadirə tədbirləri həyata keçirilib.
Saxlanılan şəxslərdən Safi Karayalçın, Suat Dülger, Kalender Özdemir, Özkan Deniz, İbrahim Şahin, Umut Sapan, Metin Kaya, Gaffar Çiçek və Mehmet Ayıp Demirbükenin həbsinə qərar verilib.
Digər şübhəlilər Ayça Akpek Şenay, Gülhan Aydın, Melda Tanışman Tutan və Hayati Kaya barəsində isə məhkəmə nəzarət qətimkan tədbiri seçilib.
Aysel Mətləb
tag: Türkiyə,CHP,İstanbul ,Ankara,TodayPress TV,
