Cey Di Vens İslamabadda Şahbaz Şəriflə görüşdü
Dünya
11.04.2026 15:30
ABŞ-nin vitse-prezidenti Cey Di Vens hazırda İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparır.
TodayPress TV xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
ABŞ və İran arasında İslamabadda danışıqlar yerli vaxtla 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlamalıdır.
tag: Cey Di Vens,Şahbaz Şərif,İslamabad,Görüş,Todaypress.tv,
