Çexiyanın keçmiş Baş naziri mitinqdə hücuma məruz qaldı

Çexiyanın keçmiş Baş naziri mitinqdə hücuma məruz qaldı
02.09.2025 04:40 Dünya

Çexiyanın keçmiş Baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif siyasi hərəkatın seçki mitinqində hücuma məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "ÇTK" agentliyi partiyanın mətbuat katibi Martin Vodiçkaya istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Babişin başına arxadan metal əşya ilə zərbə endirilib. Bundan sonra siyasətçi xəstəxanaya yerləşdirilib və orada ona tibbi yardım göstərilib. Babiş rentgen müayinəsindən keçib, lakin onun son vəziyyəti ilə bağlı məlumat verilmir.

“Novinky” xəbər portalı dəqiqləşdirib ki, hücum edən şəxs Babişin başına qoltuqağacı ilə vurub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər