Çexiya Cənubi Koreyanı təbrik etdi

Çexiya Cənubi Koreyanı təbrik etdi
04.06.2025 15:34 Dünya

Çexiya prezidenti Petr Pavel Cənubi Koreyada keçirilən seçkilərdə qələbə qazanan Li Ce Myonqu təbrik edib. 

TodayPress TV xəbər verir ki, o, bu barədə "X"da paylaşım edib. 

Çexiya lideri bildirib ki, ölkəsi ilə Koreya Respublikası arasında enerji, müdafiə və innovasiya sahələrini əhatə edən güclü tərəfdaşlıq mövcuddur.

Hər iki ölkə NATO-nun etibarlı tərəfdaşları kimi həm Avropada, həm də Hind-Sakit okean regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə sadiqdir.

O, gələcəkdə iki ölkə arasında sıx əməkdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.

Töhfə Səməd


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər