Çexiya bu ölkənin diplomatını "arzuolunmaz şəxs" elan etdi
Çexiya Belarus diplomatını "persona non qrata" elan edib və onu məxfi xidmətlər üçün gizli işləməkdə ittiham edib.
TodayPress TV xəbər verir ki, bu barədə Çexiyanın dövlət xəbər agentliyi məlumat yayıb.
İndi Belarus səfirliyinin yuxarıda adı çəkilən əməkdaşının üç gün ərzində Çexiyanı tərk etməsi tələb olunur.