Cənubi Koreyanın yeni başçısı cinayət işi başlatdı

Cənubi Koreyanın yeni başçısı cinayət işi başlatdı
17.07.2025 09:38 Dünya

Cənubi Koreyanın yeni Prezidenti Li Çje Myon 2022-ci ildə baş vermiş və 150-dən çox insanın həyatına son qoyan "Halloween" faciəsinin yenidən araşdırılması üçün xüsusi istintaq qrupunun yaradılmasını tapşırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xatırladaq ki, 2022-ci ildə Seul şəhərində keçirilən "Halloween" tədbirləri zamanı yaranan izdiham nəticəsində 159 nəfər həyatını itirmişdi.

Hadisədən sonra xüsusilə polis orqanları tədbirlərə lazımi nəzarətin göstərilməməsi və faciənin qarşısının alınmaması ilə bağlı ciddi tənqidlərə məruz qalmışdı.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər