Cənubi Koreya Yaponiyaya: "tarixlə üzləşin!"
Dünya
22.02.2026 17:12
Cənubi Koreya Yaponiyada "Takeşima Günü"nün qeyd edilməsinə sərt etirazını bildirib və rəsmi Tokionun mübahisəli Dokdo adaları üzərindəki iddialarını "əsassız" adlandırıb.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya XİN məlumat yayıb.
Məlumata görə, nazirlik Yaponiyanın Seuldakı baş diplomatını (səfirini) XİN-ə çağıraraq ona kəskin etirazını bildirib və sözügedən mərasimin dərhal ləğv olunmasını tələb edib.
Cənubi Koreya XİN-in bəyanatında qeyd olunub:
"Dokdo adası həm tarixi və coğrafi baxımdan, həm də beynəlxalq hüquqa əsasən açıq şəkildə Cənubi Koreyanın suveren ərazisinin ayrılmaz bir hissəsidir".
Rəsmi Seul, həmçinin Yaponiyanı bu cür əsassız iddialardan birdəfəlik əl çəkməyə və "tarixlə təvazökar şəkildə üzləşməyə" çağırıb.
Jalə Rövşən
tag: Cənubi Koreya ,Yaponiya,"Takeşima Günü",Cənubi Koreya XİN,Todaypress.tv,
