Cənubi Koreya hər vətəndaşa 110 dollar pul yardımı verəcək

Cənubi Koreya hər vətəndaşa 110 dollar pul yardımı verəcək
05.07.2025 14:00 Dünya

Cənubi Koreya hökuməti daxili tələbatı stimullaşdırmaq məqsədilə bütün vətəndaşlara 150 min von (təxminən 110 ABŞ dolları) məbləğində birdəfəlik maliyyə yardımı verəcək.

TodayPress TV “The Korea Herald” nəşrinə istinadən xəbər verir ki, yardım ölkə ərazisində rəsmi yaşayan vətəndaşlara şamil olunacaq. 

Hökumət qərarına əsasən, xarici vətəndaşlar bu proqramdan kənarda qalsa da, daimi sakin statusuna malik şəxslər, evlilik yolu ilə immiqrasiya etmiş şəxslər və rəsmi şəkildə qaçqın statusu alanlar yardım almaq hüququna malikdirlər.

Məlumata görə, təşəbbüs ölkə daxilində istehlakı artırmaq və iqtisadi aktivliyi gücləndirmək məqsədi daşıyır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər