Canavarlar 5 nəfərə hücum etdi
Hindistanın Uttar Pradeş ştatında canavarlar 12 saat ərzində 5 nəfərə hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Canavarların axtarışı üçün 20-dən çox meşə mühafizəçisi və atıcılar komandası göndərilib.
Belə ki, onlar gecələr ərazini dronlarla yoxlayırlar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, sentyabr ayında isə canavarlar 6 nəfərə - dörd uşaq və bir qoca cütlüyə hücum edib.
Türkan İsgəndərli