Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü!

Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü!
07.08.2026 18:24 Dünya

Türkiyənin Çanaqqala vilayətində son iki ay ərzində baş verən 44 meşə yanğını nəticəsində 541 min 289 hektar ərazi zərər görüb.

TodayPress TV xəbər verir ki, bu barədə Çanaqqala Vilayət Jandarma Komandanlığı açıqlama yayıb.

Məlumata görə, iyunun 1-dən avqustun 3-dək 12 rayonda 178 qrup və 742 əməkdaşın iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilib.

Qeyd olunan tarixlərdə jandarmanın məsuliyyət zonasında 44 meşə yanğını baş verib. Həmin dövrdə baş vermiş 192 kənd ərazisi yanğını ilə bağlı 41 şübhəli saxlanılıb. Onlardan 5-i məhkəmənin qərarı ilə barələrində məhkəmə nəzarəti qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər