“Bunları Rusiyaya satmayın!” - Latviyadan yeni çağırış
Latviya Baş naziri bildirib ki, Rusiyaya raket istehsalında istifadə olunan Qərb mənşəli komponentlərin satışına tamamilə son qoyulmalıdır.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Hörmüz boğazında baş verənlər Rusiya iqtisadiyyatına ciddi dəstək verir və əldə olunan vəsait nəticə etibarilə raket istehsalına yönəlir.
“Bütün bunlar nəticədə raketlərə çevrilir. Həmin raketlər isə daha sonra Ukrayna ərazisinə düşür. Biz hələ də bu raketlərin tərkibində Qərb istehsalı olan komponentlər görürük”, - deyə baş nazir vurğulayıb.
Latviya hökumətinin başçısı Rusiyaya komponent satışının tamamilə dayandırılmasının vacibliyini qeyd edib.
“Rusiyanın raket istehsal edə bilməməsi üçün Rusiyaya komponent satışını tamamilə dayandırmalıyıq. Beləliklə, bu raketlərlə mübarizə aparmaq üçün Ukraynaya vasitələr göndərməklə özümüzə bu qədər əlavə iş yaratmaq məcburiyyətində qalmayacağıq”, - deyə o bildirib.
Kübra Musayeva