Bu ölkə İrana xəbərdarlıq etdi

Bu ölkə İrana xəbərdarlıq etdi
12.08.2026 17:51 Dünya

“İran və bölgədəki proksi qrupları raket və dronlarla İordaniyanı hədəfə alaraq, ölkənin və vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradırlar”.

TodayPress TV xəbər verir ki, bunu İordaniya Senatının sədri Feysəl əl-Fayez deyib.

Spiker İranın İordaniya və körfəz ölkələrinə hücumlarını pisləyərək bildirib:

“İordaniya öz ərazisinin regional qarşıdurmalar meydanına və ya digər ölkələrə hücum üçün istifadə olunmasına icazə verməyəcək”.

Əl-Fayez beynəlxalq ictimaiyyəti Tehranın hücumlarının qarşısını almaq üçün tədbir görməyə çağıraraq, İordaniyanın təhlükəsizliyinin körfəz ölkələrinin təhlükəsizliyindən ayrılmaz olduğunu vurğulayıb.

O xəbərdarlıq edib ki, İordaniyaya qarşı istənilən təhdid bütün regionun sabitliyinə təsir göstərəcək.


XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər