Britaniya Ukraynaya rekord hərbi yardım paketi elan etdi

Britaniya Ukraynaya rekord hərbi yardım paketi elan etdi
04.06.2025 17:42 Dünya

Ramstein formatında keçiriləcək Əlaqə Qrupunun növbəti görüşü ərəfəsində Böyük Britaniya Ukraynaya rekord həcmdə hərbi dəstək paketi təqdim etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovun "Telegram" yazıb.

O bildirib ki, yardım paketinə 2025-ci ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələri üçün 100 min pilotsuz uçuş aparatı (PUA), 140 min artilleriya mərmisi, Ukrayna hərbçilərinin təliminə yönəldilmiş 247 milyon funt sterlinq (təxminən 334 milyon ABŞ dolları) daxildir.

Nazir əlavə edib ki, 2025-ci ildə Böyük Britaniyanın Ukraynaya ümumi hərbi dəstəyi 4,5 milyard funt sterlinq (təxminən 6,09 milyard dollar) təşkil edəcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər