Britaniya qoşunlarının Qrenlandiyaya göndərilməsinə hazırlaşır

Dünya

12.01.2026 10:50

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya nəzarət etmək niyyəti ilə bağlı artan ritorikası fonunda əraziyə kral qoşunlarını yerləşdirməyi nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Bildirilib ki, danışıqlara bölgədə mümkün NATO missiyası üçün Britaniya əsgərlərinin, gəmilərinin və təyyarələrinin yerləşdirilməsi daxildir.

Qeyd edək ki, digər bir mənbə hərbi rəhbərliyin Şimalda təhlükəsizliyi gücləndirmək üçün xüsusi planlar hazırladığını bildirib. Nəqliyyat naziri Haydi Aleksandr isə Arktika ilə bağlı təhlükəsizlik müzakirələrinin NATO-nun gündəlik fəaliyyətinin bir hissəsi olduğunu vurğulayaraq, bunun ABŞ-dən gələn hər hansı real təhdidlə əlaqəli olmadığını qeyd edib.

Aysel Mətləb

TodayPress TV

tag: Böyük Britaniya,Starmer ,Qrenlandiya,Qoşun,Todaypress.tv,