Britaniya büdcə kəsirinə görə səfirlik binalarını satacaq

Dünya

28.11.2025 16:16

Britaniya hökuməti böyük büdcə kəsiri səbəbindən xaricdəki dövlət əmlaklarını, o cümlədən səfirlik binalarını satmağı nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Məlumata görə, hazırda ölkənin xaricdə ümumi dəyəri 3,3 milyard dollar olan təxminən 6500 əmlakı var.

Bu təşəbbüs çərçivəsində istifadə olunmayan və ya yararsız vəziyyətdə olan səfirlik binaları və diplomatik mənzillərin satılması planlaşdırılır. Sənəddə qeyd olunur ki, xüsusilə Nyu-York kimi bahalı şəhərlərdə belə addım xeyli qənaət təmin edə bilər.

Misallardan biri BMT Meydanında yerləşən 15,9 milyon dollara alınmış lüks mənzildir. Yeddi otaqlı bu mənzil kitabxana və altı hamamla təchiz olunub və 2019-cu ildə Brexitdən sonra ABŞ ilə ticarət razılaşmalarını sürətləndirmək üçün diplomatlar üçün alınıb.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Britaniya,Səfirlik,Bina,Büdcə,Todaypress.tv,