Bred Pittin qızı soyadından imtina etdi – Məhkəmə qərar verdi

Bred Pittin qızı soyadından imtina etdi – Məhkəmə qərar verdi
29.09.2026 15:48 Dünya

21 yaşlı Zahara Marley Coli-Pitt rəsmi olaraq atası, aktyor Bred Pittin soyadından imtina edib.

TodayPress TV xəbər verir ki, “Daily Mail”in əldə etdiyi məhkəmə sənədlərinə görə, Los-Anceles Ali Məhkəməsi Zaharanın müraciətini təsdiqləyib.

Bundan sonra o, hüquqi olaraq Zahara Marley Coli adını daşıyacaq.

Zahara, Ancelina Coli və Bred Pittin Pitt soyadından imtina edən üçüncü övladıdır. Onların qızı Şaylo 2024-cü ildə, böyük oğulları Maddoks isə 2026-cı ilin sentyabrında soyadını dəyişib.

Bred Pittə yaxın mənbə qərarın aktyor üçün ağrılı olduğunu bildirib. Ancelina Coliyə yaxın mənbə isə hadisə ilə bağlı fərqli açıqlama verərək məhkəmə prosesinin bir neçə ay əvvəl təyin olunduğunu deyib.

Bred Pitt və Ancelina Coli 2016-cı ildə ayrılıb, boşanmaları isə 2024-cü ilin dekabrında rəsmiləşib. Keçmiş cütlüyün altı övladı var: Maddoks, Zahara, Şaylo, Paks, Noks və Vivyen.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər