Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransadan yeni döyüş təyyarələri alır
29.09.2026 17:09 Dünya

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq.

TodayPress TV xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb.

Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarında qəbul edəcək. Ondan sonra ölkəyə hər ay 1 "Rafale" gətiriləcək.

S.Mali bildirib ki, təyyarələrin alınması üzrə ödənişlər qrafikə uyğun həyata keçirilir.

Serbiyanın texniki mandatda müdafiə naziri Bratislav Qaşiç da ordunun yeni Fransa döyüş təyyarələrini qəbul etməyə hazır olduğunu deyib.

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər