Argentina Böyük Britaniyaya 14 gün vaxt verdi: Əks halda...
Argentina Böyük Britaniyaya Folklend (Malvin) adaları yaxınlığında neft hasilatı layihəsi ilə bağlı tədbir görməsi üçün 14 gün vaxt verib.
TodayPress TV xəbər verir ki, Buenos-Ayres Böyük Britaniyanın bu müddət ərzində neft hasilatının qarşısının alınması üçün tədbirlər görməməsi halında Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalına müraciət edəcəyini açıqlayıb.
Argentina tribunal qarşısında ölkənin kontinental şelf üzərində suveren hüquqlarının qorunması üçün zəruri müvəqqəti tədbirlərin görülməsini tələb etməyi planlaşdırır.
Argentina tərəfi diplomatik, inzibati və hüquqi vasitələrdən istifadə etməklə adalarla bağlı suverenlik iddiasını müdafiə etməkdə davam edəcəyini bildirib.
Qiymət Mahir