Böyük rüşvət qalmaqalı: Milyarderin partiyası tələyə düşdü, cinayət işi açıldı!
Ermənistanda rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyasının tərəfdarlarının seçicilərə rüşvət verməsi iddiası ilə bağlı cinayət işi başlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Sünik vilayətinin Gorus icması üzrə partiyanın ərazi məsul şəxsinin həmin icmanın bir sıra seçicilərinə partiyanın lehinə səs vermələri şərti ilə rüşvət vəd etdiyi və müəyyən hallarda rüşvət verdiyi barədə faktiki məlumatlar əldə olunub.
Komitə fakt üzrə cinayət işinin açıldığını, axtarışların və digər istintaq tədbirlərinin həyata keçirildiyini açıqlayıb. Məlumatda saxlanılan şəxslərin olub-olmaması barədə məlumat verilməyib.
Qeyd olunub ki, bu, Samvel Karapetyanın partiyası nümayəndələrinin seçici rüşvəti ilə bağlı cinayət işlərində ilk dəfə adı hallanmır.
Qiymət Mahir