Böyük Britaniya Belçikaya əks-dron bölməsi göndərdi
Böyük Britaniya pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparan ixtisaslaşmış bölməni Belçikaya göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken sosial mediada məlumat verib.
Nazirin sözlərinə görə, addım ölkənin hava məkanında naməlum dronların görünməsi ilə əlaqədar Brüsselə operativ yardım göstərmək məqsədi daşıyır.
Qeyd edək ki, Fransa və Almaniya da Belçikaya bu istiqamətdə analoji yardım göstərməyə hazır olduqlarını daha əvvəl açıqlamışdılar.
Türkan İsgəndərli