BMT-nin Baş katibi İsrailin Suriyaya hava hücumlarını pislədi

BMT-nin Baş katibi İsrailin Suriyaya hava hücumlarını pislədi
17.07.2025 01:45 Dünya

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin Suriya ərazisinə endirdiyi hava hücumlarını pisləyib, ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasına son qoymağa çağırıb.

TodayPress TV xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Baş katib İsrailin Əs-Suveyda, Suriyanın paytaxtı Dəməşqə artan hava hücumlarını, həmçinin Colan təpələrində qüvvələrini yenidən yerləşdirilməsi barədə məlumatı pisləyir.

“O, Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı bütün pozuntulara dərhal son qoymağa çağırır”.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər