BMT Kiprdə bufer zonasının pozulması barədə məlumat yaydı
Dünya
14.04.2026 01:24
Şimali Kipr Türk Respublikasının təhlükəsizlik xidmətləri adanın BMT tərəfindən idarə olunan neytral zonasına icazəsiz daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın adada yerləşən sülhməramlı qüvvələrinin komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
"BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələri (UNFICYP) Pila yaylasındakı vəziyyəti izləyir. Kipr türk təhlükəsizlik xidməti əməkdaşlarının Birləşmiş Millətlər Təşkilatının bufer zonasına icazəsiz daxil olması qeydə alındıqdan sonra patrul xidməti gücləndirilib və ərazidə görünən iştirak artırılıb", - deyə sülhməramlıların bəyanatında qeyd olunub.
Sənəddə vurğulanıb ki, sözügedən hərəkətlər, eləcə də neytral zonada güc strukturlarının hər hansı iştirakı və ya fəaliyyəti missiyanın mandatının pozulması deməkdir.
Bəyanatda, həmçinin UNFICYP-nin "status-kvonun bərpası, neytral ərazidə sakitliyə və sabitliyə mənfi təsir göstərə biləcək hərəkətlərin qarşısının alınması üçün bütün maraqlı tərəflərlə aktiv qarşılıqlı fəaliyyət göstərdiyi bildirilib.
Aysel Mətləb
tag: Kipr,BMT,Sərhəd,UNFICYP,
