BMT-dən Livan üçün xüsusi komanda yaradır - Dağıntılar araşdırılacaq

BMT-dən Livan üçün xüsusi komanda yaradır - Dağıntılar araşdırılacaq
23.06.2026 23:40 Dünya

Üç deputatdan ibarət “Mülki Əmlakın Qorunması və Sistemli Dağıntıların Qarşısının Alınması üzrə Parlament Komissiyası” BMT tərəfindən xüsusi komandanın yaradıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Bildirilib ki, sözügedən komanda 2023-cü ildən etibarən Livanın cənubunda baş verdiyi iddia olunan sistemli dağıntıların sənədləşdirilməsi məqsədilə fəaliyyət göstərəcək. Komandanın əsas vəzifələri görüşlər keçirmək və bölgədə sahə araşdırmaları aparmaqdan ibarət olacaq.

"L'Orient-Le Jour" qəzetinin yaydığı məlumata əsasən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müraciətindən sonra formalaşdırılan qrupun fəaliyyət müddətinin dörd ay olacağı gözlənilir.

Məsələ ilə bağlı açıqlama parlamentdə keçirilən mətbuat konfransında deputat Əşrəf Bəydun tərəfindən verilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər