“Bloomberg”: Trampın Qəzza planı iflasa uğradı

“Bloomberg”: Trampın Qəzza planı iflasa uğradı
09.11.2025 22:58 Dünya

ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının heç bir şərti icra olunmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin yazdığına görə, plana əsasən, ilk mərhələdə HƏMAS 72 saat ərzində bütün girovları İsrailə təhvil verməli idi. İsrail isə qarşılığında humanitar yardımların həcmini artırmağı öhdəsinə götürmüşdü. Lakin bunlar yerinə yetirilmədi: HƏMAS hələ də beş israilli girovun cəsədini saxlayır.

Sazişin ikinci mərhələsində isə HƏMAS döyüşçülərinin tam şəkildə tərksilah olunması nəzərdə tutulurdu. Amma "Rəfah" bölgəsində hələ də tunel şəbəkəsi fəaliyyət göstərir, onlarla silahlı şəxs isə “sarı xətt” adlanan təmas zonasında silahı yerə qoymaqdan imtina edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər